İşğaldan azad edilmiş Xocavənd rayonunda fındıq bağları salınır.
Modern.az xəbər verir ki, bu barədə görüntülər AzTV-də yayımlanıb.
Bildirilir ki, Xocavənd rayonunun Məmməddərə kəndi əkin dövriyyəsinə cəlb olunub.
Məlumata görə, sözügedən kənddə 2 bağ salınıb. Artıq yeni bağların salınmasına başlanılıb. Bağların ümumi sahəsi 177 hektar ərazini əhatə edəcək.