Modern.az

"Məzahir Pənahova deyin ki..." - Bu sözləri ilə yadda qalmışdı - VİDEO

Aktual

20 Dekabr 2023, 15:48

Ötən ilin oktyabr ayında Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşmüşdülər. Bu zaman prezidentlə Ağalı sakini arasında maraqlı dialoq olmuşdu.

 

"Mən şəhidlərin, qazilərin, şəhid analarının, atalarının qarşısında baş əyirəm. Onlara minnətdarıq. Bir də bir söz deyim, gülməyin mənə, seçki komissiyasının sədri Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib", - Ağalı sakini prezidentə deyib.

 

Modern.az həmin Ağalı sakini ilə əlaqə saxlamağa çalışıb.

 

Məlum olub ki, prezidentlə danışan Ağalı sakini Ramiz Hüseynov olub.

 

Saytımıza açıqlamasında Ramiz Hüseynovun oğlu Gəray Hüseynov bildirib ki, atası hazırda xəstədir və müalicə alır.

 

"Atam hazırda müalicə alır. İnşallah seçkilərə kimi sağalacaq. Seçkilərdə iştirak edəcək və cənab İlham Əliyevə səs verəcək. Nəinki atam, həmçinin anam, mən və həyat yoldaşım da İlham Əliyevə səs verəcəyik",-G.Hüseynov söyləyib.

 

O, torpaqların azad edilməsinin atasını belə danışmağa sövq etdiyini deyib:

 

"30 il həsrətində olduğumuz torpağa qayıtdığımız üçün atam bu fikirləri səsləndirdi. Nəzərə alın ki, 30 il  məcburi köçkün kimi, ağır şəraitdə yaşadıq. Şükürlər olsun ki, Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin canı-qanı bahasına, torpaqlar alındı, torpaqlarımız işğaldan azad olundu. Dövlət bizi doğma Ağalı kəndimizə qaytardı, ev verdi”.

 

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza