Modern.az

Simonyana “fahişə” deyən erməni qadın məhkəməyə çıxacaq

Simonyana “fahişə” deyən erməni qadın məhkəməyə çıxacaq

Aktual

20 Dekabr 2023, 15:44

Ermənistan parlamentinin sədri Alen Simonyanla “Hayeli” klubunun təsisçisi Anjela Tovmasyanın mülki işi üzrə ilk məhkəmə iclası təyin edilib.

 

Modern.az xəbər verir ki, dekabrın 27-də məhkəmə işininm ilk iclası olacaq.

 

Xatırladaq ki, Alen Simonyan təhqirə görə üzr istəmək və təzminat ödəmək üçün Angela Tovmasyanı məhkəməyə verib. Təhqir “fahişə” sözünün işlədilməsinə əsaslanıb.

 

İddiaçı Alen Simonyan təhqirə görə təzminat kimi Angela Tovmasyandan 3.000.000 (üç milyon) dram, habelə məhkəmə xərcləri üçün ümumilikdə 590.000 (beş yüz doxsan min) dram müsadirə edilməsini tələb edir. Bunun 480.000 (dörd yüz səksən min) dramı vəkil haqqı, 110.000 (yüz on min) dramı dövlət vergisinin məbləğidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza