Azərbaycanda səfərdə olan Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda MÜSİAD Azərbaycan Dərnək Mərkəzini ziyarət edib.
Modern.az xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı eləcə də, azərbaycanlı iş adamları iştirak edib.
Görüş zamanı MÜSİAD Azərbaycanın fəaliyyəti haqqında məlumat verən Rəşad Cabirli qurumun əsas vəzifələrindən birinin iki qardaş ölkə arasındaki qarşılıqlı ticarət və investisiya həcminin artırılması olduğunu bildirib.
O qeyd edib ki, hazırda MÜSİAD qarşılıqlı ticarət və investisiya həcminin artırılması istiqamətində müxtəlif tədbirlər görməkdədir və 2024 –cü ildə bu istiamətdə görülən işlər daha da aktivləşəcək.
Sədr eyni zamanda, MÜSİAD Azərbaycan tərəfindən ölkədə keçirilən önəmli tədbirlər haqqında nazirə məlumat verib.
Bolat MÜSİAD-ın Azərbaycandaki fəaliyyətini yüksək qiymətləndirib və qurumun iki ölkə arasında ticari əlaqələrin möhkəmlənməsində önəmli rola sahib olduğunu qeyd edib.
Nazir eyni zamanda MÜSİAD-ın Türkiyədəki rolu haqda bilgi verib.
O vurğulayıb ki, iki ölkə prezidentlərinin apardığı uğurlu siyasət nəticəsində Azırbaycan-Türkiyə münasibətləri bütün sahələr üzrə yüksək səviyyədə inkişaf edir.
Görüşdə çıxış edən Türkiyənin Azərbaycandakı Fövqəladə və Səllahiyyətli səfiri Cahit Bağcı da Azərbaycan-Türkiyə münasibətlərinin önəmini vurğulayıb və iki dövlət arasında olan əlaqələrin ən yüksək səviyyədə olduğunu qeyd edib.
MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD 33 yaşını qeyd edib.