Modern.az

Cinayət törədən 32 nəfər saxlanıldı

Cinayət törədən 32 nəfər saxlanıldı

Aktual

21 Dekabr 2023, 09:52

Dekabrın  20-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 112, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

 

Dekabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2  ədəd tapança, 5 ədəd qumbara,  3 patron darağı,  146 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

 

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza