2024-cü il yanvarın 23-dən aprelin 12-dək Ermənistanda birinci ehtiyat qrupunun birinci və ikinci dərəcəli ehtiyatda olan hərbçiləri üçün təlim-məşq toplanışları elan ediləcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlimdə 2838-dək nəfərin iştirakı planlaşdırılıb.
Onlardan 2579-u sıravi və kiçik zabitlər, 98-i yüksək rütbəli zabitlər, 161-i birləşmiş zabitlər korpusunun (motoatıcı, siqnal, kəşfiyyat, mühəndis, raket və artilleriya qoşunları) ehtiyatda olan hərbçiləridir.
Elan edilmiş təlim məşğələlərinə hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb olunacaq.