Modern.az

Tullantılarla bağlı Azərbaycanda çox ciddi problemlər var - Komitə sədri

Tullantılarla bağlı Azərbaycanda çox ciddi problemlər var - Komitə sədri

Aktual

21 Dekabr 2023, 12:12

Dünyada və ölkədə günbəgün tullantılar artır. Bu da ətraf mühitə, meşələrə ziyan verir, xoşagəlməz hallar yaradır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə "Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları" mövzusunda ictimai dinləmədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. 

 

“Onu da qeyd edim ki, bu tullantılar arasında tibbi tullantılar da var. Tibbi tullantılar bəzən ətraf mühitə, insanlara çox ciddi təhlükələr yarada bilər. Xəstə ilə təmasda olan hər bir tibbi ləvazimat tibbi tullantı adlanır. Onların bəziləri də çox təhlükəli ola bilər. Bunlar insan orqanizmi üçün çox böyük zərərlər yarada bilər. Bu sahədə Azərbaycanda çox ciddi problemlər var. Amma bildirim ki, bu sahədə işlər görülür”, - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI