Modern.az

Binədə odlu silah və 2 əl qumbarası tapıldı

Binədə odlu silah və 2 əl qumbarası tapıldı

Aktual

21 Dekabr 2023, 11:34

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi N.Abbasov küçəsində yerləşən yarımtikilidə silah-sursat aşkar edilib.

 

Bu barədə Modern.az Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, baxış zamanı oradan 1 ədəd “Toz 8” markalı ov tüfəngi və 2 ədəd "G-303 CSS” markalı tüstülü əl qumbarası aşkar edilib. Qeyd edilən silah və qumbaralar təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza