Modern.az

Seçkilərdə İlham Əliyevə səs verəcəm, çünki... - Sabiq XİN başçılarından AÇIQLAMA

Seçkilərdə İlham Əliyevə səs verəcəm, çünki... - Sabiq XİN başçılarından AÇIQLAMA

Aktual

21 Dekabr 2023, 14:56

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin namizədliyi qeydə alınıb. 

 

Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Ayrı-ayrı tanınmış şəxslər də növbədənkənar prezident seçkilərində kimi dəstəkləyəcəkləri barədə açıqlamalar veriblər.

 

Modern.az bu məqsədlə Azərbaycanın sabiq xarici işlər nazirlərinin fikrini öyrənib.

 

Elmar Məmmədyarov seçkilərdə İlham Əliyevə səs verəcəyini söyləyib:

 

“Cənab Prezident İlham Əliyev növbədənkənar seçki ilə bağlı artıq öz qərarını verib. Buna hörmətlə yanaşmalıyıq. Hamımız seçkilərdə iştirak etməyə hazırlaşmalıyıq. Mənim seçkilərdə favoritim İlham Əliyevdir. Cənab İlham Əliyev seçiləcək. Çünki o qələbə qazanıb. Cənab İlham Əliyev sayəsində xalq olaraq özümüzə hörməti bərpa etmişik. Şəxsən özümdən danışmaq istəyirəm. İşğal dövründə danışıqlara gedəndə 20 faiz torpaqların işğalından, 1 milyon qaçqın və məcburi köçkündən danışırdım. İndi isə danışıqlarda ayrı cür davranırıq. Çünki biz qalibik. Azərbaycan xalqının özünəhörmətini bərpa etmək böyük tairixi hadisədir”.

 

Saytımıza açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov seçkilərdə İlham Əliyevə səs verəcəyini bildirib:

 

"Daxili siyasət üzrə mütəxəssis deyiləm. Ona görə də, növbədənkənar seçkilərin məqsədi ilə bağlı nəsə deyə bilmərəm. Ancaq bir vətəndaş kimi seçkilərdə iştirak edib səs verəcəm. Seçkidə favoritim birmənalı olaraq İlham Əliyevdir. Çünki o vətəndaşlara ölkə qarşısında duran ən həssas məsələləri həll etməyə nail olduğunu sübut etdi. Bu, təbii ki, onun böyük tarixi nailiyyətidir. Çoxları ona qarşı qalib gəlməyin mümkün olmadığını anlayırlar. Ona görə də bəziləri bəri başdan seçkilərdə işitirak etmirlər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza