Modern.az

Yeni birgə hərbi istehsal müəssisələri YARADILACAQ

Yeni birgə hərbi istehsal müəssisələri YARADILACAQ

Aktual

21 Dekabr 2023, 15:38

Azərbaycan yeni birgə hərbi istehsal müəssisələrinin yaradılmasını davam etdirəcək.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel müzakirələrində deyib.

 

O bildirib ki, gələn ildən Azərbaycan Müdafiə Sənayesi Nazirliyi diqqətini yeni müasir istehsal infrastrukturunun yaradılmasına, eləcə də istehsal prosesinə yeni texnologiyaların tətbiqinə, mövcud istehsalat sahələrinin müasirləşdirilməsinə yönəldəcək.


“Özəl sektorun bu sahədə iştirakının dəstəklənməsi, özəl sektor və dövlət arasında tərəfdaşlıqların qurulması, sərmayələrin cəlb edilməsi, birgə müəssisələrin və birgə istehsal sahələrinin yaradılması müvafiq hüquqi və qanunverici bazanın formalaşdırılması, qarşıdakı fəaliyyətimizin mühüm bir hissəsi olacaq” - nazir qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza