Modern.az

MSK onların səlahiyyətli nümayəndələrini qeydə aldı

MSK onların səlahiyyətli nümayəndələrini qeydə aldı

Aktual

21 Dekabr 2023, 16:47

Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyi bu gün təsdiqlənən daha 6 şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb.


Modern.az xəbər verir ki, bu barədə MSK-nın iclasında məlumat verilib.


Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayin səlahiyyətli nümayəndələrini qeydə alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza