Modern.az

Türkiyədəki səfirlikdən seçkilərlə bağlı çağırış

Türkiyədəki səfirlikdən seçkilərlə bağlı çağırış

Aktual

21 Dekabr 2023, 17:28

Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında yazılıb.

 

Qeyd olunub ki, 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etməlidirlər.

 

Onlar soyad, ad, ata adını, doğum tarixlərini, Türkiyədə daimi və ya müvəqqəti yaşadıqları ünvanları və əlaqə məlumatlarını "[email protected]" elektron poçt ünvanına göndərməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza