Modern.az

Balıqçılıq və akvakulturanın davamlı idarə olunması... - FOTO

Balıqçılıq və akvakulturanın davamlı idarə olunması... - FOTO

Aktual

21 Dekabr 2023, 17:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Balıqçılıq və akvakulturanın davamlı idarə olunması” mövzusunda konfrans keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları, Azərbaycan Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı agentliklərinin, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin rəsmiləri, FAO, ADA Universiteti və özəl sektorun nümayəndələri iştirak ediblər.

 

Plenar sessiyalarla başlayan konfrans yerli və beynəlxalq ekspertlərin müxtəlif mövzularda təqdimatları, çıxışları və panel müzakirələrlə davam edib.

 

Konfransın məqsədi maraqlı tərəfləri bir araya gətirməklə akvakulturanın inkişaf perspektivlərini qiymətləndirmək, bu sahədə imkanları və onun davamlı inkişafa töhfələrini müəyyən etmək, davamlı balıqçılığın əhəmiyyəti haqqında məlumatlılığı artırmaq, sektorun dayanıqlı inkişafı üçün çoxtərəfli həlləri və ən yaxşı təcrübələri təqdim etməkdir.

 

Sonda konfransın yekun sənədi qəbul olunub.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza