Modern.az

Prezident Administrasiyasında yeni TƏYİNAT

Prezident Administrasiyasında yeni TƏYİNAT

Aktual

21 Dekabr 2023, 18:15

Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub.

Modern.az xəbər verir ki, APA-nın məlumatına görə, Tural Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdir təyin edilib.

O, 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr, Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Tural Əliyev 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışır, dövlət qulluğunun baş müşaviridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza