Modern.az

Türkiyə sülhün ən qısa zamanda imzalanacağına ümid edir - Hakan Fidan

Türkiyə sülhün ən qısa zamanda imzalanacağına ümid edir - Hakan Fidan

Aktual

21 Dekabr 2023, 18:33

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında tarixi sülh fürsəti daha da güclənib.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.

 

O qeyd edib ki, Türkiyə iki ölkə arasında etimadı artıran qəbul edilən konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir.

 

Nazir deyib ki, Türkiyə Azərbaycanla müttəfiqlik səviyyəsinə yüksəltdiyi münasibətlərini hər sahədə genişləndirir.

 

Hakan Fidan bildirib ki, ölkəsi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına dəstək verir.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza