Modern.az

İnam Kərimov hakimləri təqaüdə yolladı - FOTO

İnam Kərimov hakimləri təqaüdə yolladı - FOTO

Aktual

22 Dekabr 2023, 11:33

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuranın sədri İnam Kərimov çıxışında məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran vəzifələri diqqətə çatdırıb.

 

Bu barədə Modern.az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

 

Bildirilib ki, iclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

 

Bundan başqa, iclasda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə və intizam icraatı üzrə işlərə baxılıb.

 

Eyni zamanda, təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyətləri ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdiklərinə görə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” yubiley medalı, fəxri fərman və fəxri döş nişanı ilə təltif ediliblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza