Modern.az

Ermənistanda daha bir eks-məmur özünü “revanşist” elan etdi

Ermənistanda daha bir eks-məmur özünü “revanşist” elan etdi

22 Dekabr 2023, 11:56

Ermənistan Ali Məhkəmə Şurasının keçmiş sədri Ruben Vardazaryan da özünü “revanşist” elan edib.

Modern.az xəbər verir ki, Vardazaryan bunu Ermənistan KİV-nə açıqlamasında deyib.

Vardazaryan arxiyepiskop Baqrat Qalstanyan, müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan və siyasi texnoloq Vigen Akopyandan sonra özünü “revanşist” elan edən 4-cü şəxsdir.

O, Azərbaycanla sonuncu müharibənin nəticələrilə barışmadığını, məğlubiyyəti qəbul etmədiyini vurğulayıb.

Vardazaryan qondarma “Artsax” Ermənistanın ayrılmaz hissəsi olmasını istədiyi barədə sərsəm açıqlama verib.

“Bunu nəzərə alaraq özümü revanşist elan edirəm, - Vardazaryan müharibə tərəfdarı olduğunu bildirib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza