Gələn ilin 7 fevralı Azərbaycan tarixində müstəsna siyasi hadisə kimi tarixə düşəcək. Həmin tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri həm də ilk dəfə olaraq ərazi bütövlüyümüzün bərpa olunmasından sonra bütün ölkə ərazisini əhatə edəcək. İgid oğullarımızın qəhrəmanlığı, qüdrətli Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizin işğal altında qalan torpaqları tamamilə azad edilərək tariximizə şərəfli Zəfər səlnaməsi yazıldı. Çox təəssüf ki, ölkəmizdəki radikal müxalifət düşərgəsi həmişə olduğu kimi, bu gün də antimilli mövqe sərgiləyərək bu seçkilərlə bağlı indidən qarayaxma kampniyasına start veriblər.
Siyasi ölüdən başqa heç bir varlıqları hiss olunmayan bu bədbəxt düşərgənin salam verəcək üç-beş tərəfdarı olmadığı halda, əlbəttdə bərk-bərk yapışacağı yeganə tutanacaq “boykot” qərarı olacaqdı ki, elə də oldu. Sözün əsl mənasında tarixin zibilliyində eşələnən, bütün siyasi bioqrafiyası antimilli mövqe üzərində qurulan Ə.Kərimliyə tutarlı bir xatırlatma edək: Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Bu mənada 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi qırx dörd günlük müharibədə qazandığımız tarixi Qələbənin yaratdığı yeni reallıqlardan irəli gəlir. Gerçəklik ondan ibrətdir ki, tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar hədəflərimizi də dəyişib. Həmin hədəflərdən irəli gələn məsələlərin həlli isə başlıca vəzifələrdən biridir. Belə olan halda radikal düşərgənin düşmən dəyirmanına su tökən addımları da insanların haqlı etirazına səbəb olur. Artıq müxalifət düşərgəsinin özündə də bu səfeh “boyot” qərarına qarşı ucalan etiraz səsələri dediklərimizi aydınca təsdiq edir.
Radikal düşərgədəkilərin, elə ən birincisi Ə.Kərimlinin özünün artıq 30 ilə yaxınlaşan despot idarəçiliyinin AXCP-ni nə kökə saldığı bu “bəycığazın” nə yuvanın quşu olduğuna bariz nümunədir. Bu yaxınlarda baş tutan “qurultay”da AXCP təpədən-dırnağa yalan və qərəzlə bəzədilmiş bir bəyanat da yayıb. Heç şübhəsiz ki, şəxsən Ə.Kərimlinin diktəsiilə yazılmış mətndir. Qəribə burasıdır ki, elə Ə.Kərimlinin diktəsi ilə hazırlanan həmin bəyanatın sonuncu abzasında qeyd edilir ki, AXCP hakimiyyətə gəlməyin yalnız seçki yolunu məqbul bilir. O zaman belə bir sual ortaya çıxır: Əgər Ə.Kərimli və onun partiyası seçki yolu hakimiyyətə gəlməyi məqbul hesab edirsə, o zaman niyə seçkilərdə iştirak etməkdən boyun qaçırırlar? Axı daim seçki mühiti və ab-havasından ağızdolusu dəm vuran AXCP sədri yaxşı bilir ki, demokratik seçkilərin keçirilməsi müasir vətəndaş cəmiyyətinin qurulmasının ən mühüm şərtlərindəndir. Həmçinin seçki hüququ ən vacib, zəruri və əsas insan hüquqlarından biridir. Belə olan halda məgər Ə.Kərimlinin diktəsi və iradəsi ilə AXCP-nin seçkilərdə iştirak etməkdən imtina etməsi sıravi “cəbhəçilər”in seçki hüququnun tapdanması deyilmi? Əlbəttə, belədir.
Həm də axı siyasi meyit obrazından çıxa bilməyən bu siyasi bitmişlər düşərgəsi camaatın arasına nə üzlə çıxasıdılar ki?. Çıxıb nə deyəcəklər?. Yoxsa 1992-1993-cü illərdə bu xalqa yaşatdıqları dəhşətlər barədə nağıl danışacaqlar?. Həmin illərdə itirlən torpaqlar, ölkəni başına alıb gedən kriminal dəstələr, qap-qara çörək üçün şaxtalı havalarda ocaq qalayıb səhərə qədər növbə gözləyən ac-yalavac əhalinin çəkdiyi iztirablar – bütün bunlar hazırkı radikal müxalifətin o zamankı “tarixi fərasətlərinin” fəlakət PASPORTUDUR!
Yoxsa çıxıb deyəcəklər ki, biz xarici ağalarımızdan maliyyə vəsaitləri əldə edib dövlətin və xalqın əleyhinə təbliğat aparmışıq, yaxud şanlı qələbələrimizə kölgə salmışıq, hər vasitə ilə erməniləri dəstəkləmişik, yaxud da ölkədə aranı qatışdırmağa, insanları qızışdırmağa, üzbəüz qoymağa çalışmışıq? Özlərini “böyük siyasi qüvvə”, “real müxalifət” adlandırılanların dünəni də bu günü kimi çirkab içərisindədir. Əli Kərimli, Arif Hacılı və başqaları yenə xaricdəki pul dağarcıqlarının əmrini yerinə yetirdilər. Bunu həm də bitmişlərin son TAMAŞASI adlandırmaq daha düzgün olardı. Tarixin zibilliyinə atılmışlardan başqa nə gözləyəsən ki...
Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatının sədri