Modern.az

Dubaydakı səfirliyimiz BƏƏ-də yaşayan vətəndaşlara müraciət etdi

Dubaydakı səfirliyimiz BƏƏ-də yaşayan vətəndaşlara müraciət etdi

22 Dekabr 2023, 15:48

Azərbaycanın Dubaydakı səfirliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay və Şimal Əmirliklərində daimi və ya müvəqqəti yaşayan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

 

Qeyd olunub ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak etmək üçün 18 yaşını tamamlamış, aktiv seçici hüququna malik Azərbaycan vətəndaşlarının sayı seçicilər siyahısına daxil edilir.

 

Vətəndaşlar seçicilər siyahısına daxil olmaq üçün [email protected] elektron poçt ünvanına mümkün qədər qısa müddət ərzində soyad, ad və ata adlarını, doğum tarixlərini, Dubay və Şimal Əmirliklərində daimi və ya müvəqqəti yaşadıqları və ya olduğu yerin ünvanını göndərməlidirlər.

Bildirilib ki, dekabrın 28-nə qədər məlumatları qeyd olunan elektron poçt ünvanına göndərməyən vətəndaşların adlarının seçicilər siyahısına daxil edilməsi mümkün olmayacaq.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza