Modern.az

Qanunsuz rejimi "dirçəltmək" istəyənlərə CAVAB

Qanunsuz rejimi

Aktual

22 Dekabr 2023, 19:36

Qərbi Azərbaycan İcması Qarabağdakı keçmiş qanunsuz rejimin qondarma qurumu “dirçəltməyə” çalışması ilə bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, İcmanın bəyanatında deyilir:

 

"Özünü “dağlıq qarabağ respublikası” adlandırmış və tarixin zibil qutusuna atılmış qanunsuz rejimin Ermənistanda olan tör-töküntülərinin qondarma qurumu “dirçəltməyə”çalışmaları haqqında məlumat yayılmışdır.

 

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən aqressiv separatçı ünsürlərin fəaliyyətinə imkan verməməyi və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza