Modern.az

Azərbaycan və Rusiya arasında danışıqlar 

Azərbaycan və Rusiya arasında danışıqlar 

Aktual

22 Dekabr 2023, 19:43

Bakı şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında regional və Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələrin növbəti raundu keçirilib.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

 

Məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında aparılıb.

 

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb, hər iki ölkənin birgə iştirak etdiyi regional əməkdaşlıq formatları çərçivəsində əməkdaşlıq məsələlərini, habelə, Avropa regional təşkilatlarının gündəliyində duran qarşılıqlı maraq kəsb edən mövzuları müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza