Modern.az

Məşhur müğənni tanınmaz halda: “Küçələrdə corab satıram” - VİDEO

Məşhur müğənni tanınmaz halda: “Küçələrdə corab satıram” - VİDEO

Aktual

23 Dekabr 2023, 00:44

“15 il efirlərdə olmuşam. İndi küçələrdə corab satıram”.

 

Modern.az xəbər verir ki, bunu Baku TV-yə meyxanaçı Məşədi Babanın bibisi qızı, bir vaxtların məşhur siması Şahnaz Bulatova deyib.

 

Efirlərdən uzaq düşməsinin səbəbinin övladlarının xəstəlikdən əziyyət çəkməsi olduğunu söyləyən müğənni evini də övladlarına görə satdığını qeyd edib.

 

“O evi zavodda qab yuya-yuya almışdım. 20 il Bayılda ata evimin həyətindəki hamamı düzəldib orada qaldım. Qardaşlarıma, onların həyat yoldaşlarına mane olmaq istəmədim”.

 

Ətraflı süjetdə:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza