Modern.az

COVID-19-a yoluxma sayı bir ayda 52% artıb

COVID-19-a yoluxma sayı bir ayda 52% artıb

23 Dekabr 2023, 08:47

2023-cü il noyabrın 20-dən dekabrın 17-dək dünyada COVID-19-a yoluxanların sayı əvvəlki 28 günlük dövrlə müqayisədə 52% artıb.

 

Modern.az bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinadən xəbər verir.

 

Belə ki, 2023-cü il noyabrın 20-dən dekabrın 17-dək olan 28 günlük dövr ərzində 850 mindən çox yeni yoluxma halı qeydə alınıb.

 

Buna baxmayaraq, COVID-19-dan ölənlərin sayı 3 min nəfər olub ki, bu da, əvvəlki ayla müqayisədə 8% azdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza