İşğaldan azad edilmiş ərazilərdə səs verəcək seçicilərin bildirişlərində əlavə qeyd olacaq.
Modern.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
Onun sözlərinə görə, bu qeyd əhalini təbrik mətnidir:
“İşğaldan azad edilmiş ərazilərdə yaşayan, orada səs verəcək şəxslərə növbədənkənar prezident seçkiləri ilə əlaqədar bildirişlər dərc edilərkən orada təbrik cümlələri də yer alacaq. Çünki o insanlar 30 il sonra ilk dəfə öz torpaqlarında səs verirlər. Bu, Allahın lütfüdür”.