Modern.az

Bayram süfrəsi bir ailəyə neçəyə başa gəlir? - QİYMƏTLƏR

Bayram süfrəsi bir ailəyə neçəyə başa gəlir? - QİYMƏTLƏR

25 Dekabr 2023, 08:18

Bayram süfrələrini hazırlamaq üçün “yaxşı bazarlıq” etmək vacibdir. Maraqlıdır, Azərbaycanda orta statistik ailə üçün Yeni il süfrəsi neçəyə başa gəlir?

 

Modern.az-ın məlumatına görə, orta statistik dörd nəfərlik ailə bayram süfrəsini standart yeməklər - salat, dolma, plovla bəzəmək istəyirsə ən azı 100 manat ödəməlidir.

 

Əlavə xərclər meyvə, pomidor, xiyar, şirə, çərəz, tort üçün isə 50-70 manata qədər xərc çəkmək tələb olunur.

 

Qiymətlərə gəldikdə, bazarda ərik 11-15 manat,  albuxara 8-10 manat, ədviyyatın qiyməti isə çeşidinə görə dəyişir. Kənd toyuğunun kiloqramı 9 manatdan təklif olunur. Kərə yağının isə kiloqramı çeşidinə görə 18-23 manat arasında dəyişir. Bayram ərəfəsində balıq bazarında da canlanma var. Qiyməti isə dörd manatdan başlayır və 45 manatda yekunlaşır.

 

Daha ətraflı süjetdə:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir