“Seçki prosesi zamanı şikayətlər həm seçicilər, həm də namizədlər tərəfindən ola bilər”.
Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan tədbirdə deyib.
“Bu şikayətlər hər hansı fərdi emosiyalarından, bəzən də siyasi motivlərdən ibarət olur. Amma bizim əsas məqsədimiz şikayətlərin əsas səbəbini öyrənmək, həlli yolunu tapmaqdır.
Amma bildirim ki, Azərbaycanda keçirilən seçkilərdə adətən cüzi müraciətlər daxil olur.. Biz gələcəkdə də qarşıdan gələn seçkilərdə bu prosesin davam etdirilməsini təmin etmək istəyirik”.