Modern.az

Geomaqnit qasırğası gözlənilir

Geomaqnit qasırğası gözlənilir

Aktual

25 Dekabr 2023, 13:24

Günəş küləyi sürətinin 24 dekabrda baş vermiş Tac Kütlə Atılmaları (TKA) təsiri ilə artacağı gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

 

Geomaqnit sahəsi – 24 dekabrda baş vermiş TKA təxminən 1900 km/san sürətə malikdir və 27 dekabrda Yerə çatacağı gözlənilir. Bu səbəbdən G1 (zəif) səviyyəli geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Sonra isə geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir