Politoloq Ərəstun Oruclu növbədənkənar prezident seçkilərində iştirak etmək istəyir.
Modern.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında yazıb.
“Müraciət, təklif və tələbləri nəzərə alaraq seçkilərə qatılmaq haqqında qərar verdim”,- o bildirib.
Qeyd edək ki, indiyədək Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Daha 8 nəfərin namizədliyinin irəli sürülməsi müzakirə olunacaq.