Modern.az

Hacıqabulun Pirsaat qəsəbəsində səyyar qəbul keçirildi - FOTO

Hacıqabulun Pirsaat qəsəbəsində səyyar qəbul keçirildi - FOTO

Aktual

26 Dekabr 2023, 14:58

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbul-görüşlərin keçirilmə məqsədi sakinlərin problemlərini dinləmək və həll edilməsini təmin etməkdir. Bununla əlaqədar olaraq, təsdiq olunmuş səyyar qəbul-görüş qrafikinə əsasən, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov yerlərdə görüşlər keçirir, müraciət edən vətəndaşların təklif və problemlərini dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir.

 

Modern.az xəbər verir ki, dekabrın 26-da Hacıqabul rayonunun Pirsaat qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar qəbul-görüşdə Rayon İcra Hakimiyyəti başçısı, aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və sakinlər iştirak ediblər.

 

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.

 

Rayon İcra Hakimiyyətinin başçısı  qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!