Modern.az

Onların səlahiyyətli nümayəndələri qeydə alındı

Onların səlahiyyətli nümayəndələri qeydə alındı

Aktual

26 Dekabr 2023, 16:26

Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha səkkiz şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb.


Modern.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.


Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimovun, Mətləb Mütəllimlinin, Abutalıb Səmədovun, Fikrət Yusifovun, Yusif Bağırzadənin, Arzuman Abdulkərimovun, Yunus Oğuzun və Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndələri qeydə alınıb.


Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI