Modern.az

Bloger Nicat Şakirli barədə qərar verildi - FOTO

Bloger Nicat Şakirli barədə qərar verildi - FOTO

Aktual

27 Dekabr 2023, 13:58

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.

 

Modern.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

 

Hadisə ilə bağlı cinayət işi açılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi