Modern.az

MSK imza vərəqələrini yoxlamağa başladı

MSK imza vərəqələrini yoxlamağa başladı

Aktual

27 Dekabr 2023, 14:10

Mərkəzi Seçki Komissiyası prezident seçkilərində namizədliyi irəli sürülmüş şəxslərin imza vərəqələrini yoxlamağa başlayıb.

 

Bu barədə Modern.az-a Komissiyadan məlumat verilib.

 

Qeyd edək ki, indiyədək yalnız Yeni Azərbaycan Partiyası namizədliyini irəli sürdüyü Prezident İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu vərəqələri MSK-ya təqdim edib.

 

 

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verilir.

 

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri qəbul edildikdən sonra 7 gün müddətində MSK imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamalı və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməlidir.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI