Modern.az

Azərbaycana narkotik keçirməyə istəyən İran vətəndaşları saxlanıldı

Azərbaycana narkotik keçirməyə istəyən İran vətəndaşları saxlanıldı

27 Dekabr 2023, 13:50

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsi İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb.

 

Bu barədə Modern.az-a DSX-dən məlumat verilib.

 

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

 

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları − 1968-ci il təvəllüdlü Cəmşidi Qulamrza Qaçaq oğlu və 1988-ci il təvəllüdlü Yusifzadə Siyamək Səmədulla oğlu olduğu müəyyən edilib.

 

Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 8 kiloqram 75 qram narkotik vasitə marixuana və 2 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M - 40 həbi aşkar olunaraq götürülüb.

 

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi