İran Ermənistanın Baş naziri Nikol Paşinyanın “Sülhün kəsişməsi” layihəsi ilə bağlı təşəbbüsü alqışlayır.
Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Tehran Cənubi Qafqazda sülhün bərqərar olmasını tam dəstəkləyir.
Abdullahian deyir ki, İrəvanla Bakı arasında davamlı sülhə 2024-cü ilin ilk aylarında "3+3" platforması çərçivəsində nail olmaq olar.