Modern.az

Meşədə həmkəndlisini qətlə yetirib - Məhkəmə başlayır

Meşədə həmkəndlisini qətlə yetirib - Məhkəmə başlayır

Aktual

27 Dekabr 2023, 17:36

Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işinin istintaqı yekunlaşıb.

 

Oğuz rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, sentyabrın 14-də Oğuz rayon, Mollalı kənd sakini Toğrul Kərimovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

 

İstintaqla 1992-ci il təvəllüdlü Pərvin Məmmədovun həmkəndlisi Toğrul Kərimovu sentyabrın 11-də yaşadığı kəndin meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Pərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var