Modern.az

Teatrda 332 minlik MƏNİMSƏMƏ

Teatrda 332 minlik MƏNİMSƏMƏ

Aktual

27 Dekabr 2023, 19:31

Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Pantomima Teatrında mənimsəmə edən əməkdaş barədə açıqlama verib.

 

Qurumdan Modern.az-a bildirilib ki, teatrda 2019-cu ildən mühasib vəzifəsində çalışmış Kərimova Aytən Ceyhun qızı 2023-cü ilin yanvar ayında işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib:

 

"Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılıb. İstintaq tamamlanıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlum olub ki, Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib. Bununla da Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub".

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi