Modern.az

\"Facebook\"la bağlı xəbərdarlıq - Bunu etməyin!

\

28 Dekabr 2023, 00:52

Son zamanlar kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində müxtəlif adlarda saxta dələduzluq səhifələri yaradılır.

 

Bu barədə Modern.az-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

 

Dələduzlar, səhifələrində bir çox şirkətlərin “Facebook” səhifələrini qeyd edərək, onların silinəcəyinə dair həqiqəti əks etdirməyən məlumatlar paylaşırlar. Belə ki, paylaşımlarda “Facebook”a daxil olmaq üçün saxta keçidlər vasitəsilə istifadəçilərin giriş məlumatları tələb edilir. Məlumatlar daxil edildikdən sonra “Facebook” hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur.

 

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir.

 

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi