Modern.az

“Mən də, ailə üzvlərim də İlham Əliyevə səs verəcəyik” - Xalq şairi

“Mən də, ailə üzvlərim də İlham Əliyevə səs verəcəyik” - Xalq şairi

Aktual

28 Dekabr 2023, 10:40

Xalq şairi Vahid Əziz növbədənkənar Prezident seçkilərində İlham Əliyevə səs verəcək.

Bunu Modern.az-a açıqlamasında şairin özü bildirib.
 

"Mən də, ailə üzvlərim də mütləq seçkidə iştirak edəcəyik. Möhtərəm Prezidentdən başqasını görmürəm. Bu adam Azərbaycan xalqını 30 illik yox, 200 illik höcətdən qurtarıb. Bunu ordunun gücü, xalqın sevgisi ilə edib. Bütün millətlərin ordusu və silahı var, amma belə bir prezidenti yoxdur. Bir şey ki erməni də "İlham Əliyev kimi prezidentimiz olsaytdı, bu günə qalmazdıq" deyir. Nə etmədi bu adam? Xaricə gedəndə bizə deyirdilər ki, "gedin ölün, Qarabağı geri ala bilmirsiniz". Utanıb yerə girirdik. İlham Əliyev Qarabağı geri aldı. Hesab edirəm ki, İlham Əliyev çox yüksək səslə seçiləcək və yenidən ölkəni idarə edəcək", - o deyib. 

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) 15 nəfərin namizədliyinin irəli sürüldüyünü təsdiq edib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək