Dekabrın 27-də Milli Məclisin deputatı Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edərək seçicilərinin qəbulunu keçirib.
Modern.az xəbər verir ki, Ismayıllı şəhərində yerləşən ofisində keçirilən qəbulda 30 nəfər seçici iştirak edib.
Seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, deputat tərəfindən lazımi tövsiyələr verilib. Şəxsi məişət problemlemləri ilə bağlı məsələlər yerində həll olunub. Həmçinin, sosial müdafiə məsələləri, digər cari məsələlərlə bağlı da müraciətlər edilib. Müraciətlər qeydiyyata alınıb və deputatın səlahiyyətinə aid olmayan məsələlərin əlaqədar qurumlara göndəriləcəyi bildirilib.
Sakinlərə dəstək məqsədilə zəruri humanitar yardımların edilməsi nəzərdə tutulub.