Modern.az

Bakı və İrəvan mübahisəli məsələləri sıfıra endirib - Sülh yaxındır...

Bakı və İrəvan mübahisəli məsələləri sıfıra endirib - Sülh yaxındır...

Aktual

28 Dekabr 2023, 11:28

Azərbaycan Ermənistanla sülhə çox yaxındır.

 

Modern.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

 

O bildirib ki, rəsmi Bakının hədəfi Ermənistanla sülh sazişidir. Fərid Şəfiyev sülh sazişinin nə zaman imzalancağını deməyin çətin olduğunu vurğulayıb.

 

“Lakin əsas mübahisəli məsələlər sıfıra enib. Demarkasiya, delimitasiya uzun prosesdir və bu, sənədə daxil edilməyəcək, çünki bu proses uzun çəkir. Rusiya ilə 25 il çəkib. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb".

 

Fərid Şəfiyev qeyd edib ki, sülh sazişi əsas prinsiplər məsələsində uzlaşmaqdır: "İndiki zamanda daha çox Ermənistan sülh sazişində maraqlı olmalıdır. Bu, bölgəyə sabitlik gətirəcək”.

 

Mərkəzin rəhbərinin sözlərinə görə, antiterror tədbirlərindən sonra beynəlxalq təşkilatlar və mətbu orqanların Azərbaycana qarşı qərəzli mövqeyi kəskinləşib:

 

"Azərbaycana qarşı həmişə qərəzli mövqe müşahidə etmişik, ancaq 2023-cü ildə, antiterror tədbirlərindən sonra bizə münasibətləri daha da kəskinləşdi".

 

O vurğulayıb ki, Fransa Azərbaycana qarşı diplomatik müharibə aparır.

 

"İlk dəfə BMT TŞ Azərbaycana qarşı təklif irəli sürüldü və uğursuz oldu. Məndə olan məlumata görə, payız aylarında, oktyabr-noyabrda bu məsələni yenidən qaldırmaq istəyirlər",- Mərkəz rəhbəri əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək