Modern.az

Hava Limanı bayram günlərində gücləndirilmiş iş qrafikinə keçir

Hava Limanı bayram günlərində gücləndirilmiş iş qrafikinə keçir

Aktual

28 Dekabr 2023, 15:42

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu bu gündən başlayaraq yanvarın 7-nə qədər sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə gücləndirilmiş iş qrafikinə keçir.

 

Modern.az Aeroporta istinadən verdiyi məlumata görə, Bakı hava limanı sərnişinlərə səyahət zamanı optimal şərait təklif etməklə xidmət keyfiyyətini daim yüksəltməyə çalışır. Tətbiq edilən gücləndirilmiş iş qrafiki sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, uçuşların vaxtında yerinə yetirilməsi və xidmətin yüksək səviyyədə təqdim edilməsi məqsədi daşıyır.

 

Bayram günlərində artan sərnişin axınını nəzərə alaraq, mümkün ləngimələrin qarşısını almaq məqsədilə sərnişinlərə uçuşa 3 saat qalmış hava limanına gəlmələri tövsiyə olunur.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, parlaq təəssüratlar və təhlükəsiz səyahət arzulayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək