Azərbaycan və Amerika arasında münasibətlər hazırda gərgin olaraq qiymətləndirilə bilməz.
Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
“Bir müddət əvvəl - oktyabrda bu barədə danışa bilərdik. Buna da səbəb ABŞ rəsmisinin Azərbaycan əleyhinə çıxışı olub. Amma tərəflər arasında danışıqlar olub, ABŞ rəsmisi ölkəmizə səfər edib. Hazırda tərəflər arasında münasibətlərin müsbət davam etməsinin tərəfdarıyıq.