Xəbər verdiyimiz kimi, bu gün xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransı keçirib.
Modern.az-ın məlumatına görə, konfransın sonunda jurnalistlərdən biri Ceyhun Bayramovdan erməni həmkarı Ararat Mirzoyana Yeni illə bağlı arzuları barədə sual verib.
“Ermənistan XİN rəhbəri Ararat Mirzoyana 2024-cü ildə qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi üçün bütün potensialından istifadə etməsini və səylərini əsirgəməməsini arzu edirəm”, - nazir deyib.