Modern.az

24 min manatlıq maşın istehsal edən Naxçıvan zavodu - VİDEO

24 min manatlıq maşın istehsal edən Naxçıvan zavodu - VİDEO

Aktual

29 Dekabr 2023, 09:32

2023-2027-ci il Dövlət Proqramına əsasən, azad iqtisadi zona formalaşdırıldıqdan sonra Naxçıvanda avtomobil bazarı üçün böyük imkanlar yaranacaq.

 

Modern.az xəbər verir ki, bunu Naxçıvan Avtomobil Zavodunun direktoru Səxavət Hümbətov deyib.

 

O qeyd edib ki, qonşu dövlətlərdən müştərilər cəlb ediləcək, zavodda istehsal edilən avtomobillərin xarici ölkələrə rüsumsuz ixrac edilə biləcək.

 

Direktorun sözlərinə görə, zavodda Çin istehsalı avtomobillər yığılır. Naxçıvandakı zavodda 40-a yaxın işçi çalışır. Zavodun illik istehsal gücü birnövbəli iş rejimində 5000 ədəd avtomobildir.

 

Səxavət Hümbətov bildirib ki, hazırda zavodda istehsal edilən avtomobil 23900 manata satışa çıxarılır.

 

Daha ətraflı aşağıdakı süjetdə:

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək