Modern.az

QHT-lərin seçki koalisyası hansı işləri görəcək? - AÇIQLAMA

QHT-lərin seçki koalisyası hansı işləri görəcək? - AÇIQLAMA

Aktual

29 Dekabr 2023, 12:00

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin monitorinqini keçirəcək QHT koalisiyası yaradılıb.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İB-nin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlının yaratdığı qurum “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyası adlanır.

Koalisyanın işi nə olacaq?

Modern.az hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə əlaqə saxlayıb.

Müsahibimiz bildirib ki, hüquq müdafiəçilərinin koalisiyası seçki marafonunu izləyəcək və sonda hesabat yayacaq:


“Koalisiya artıq fəaliyyətə başlayıb. Namizədliyin irəli sürülməsinin qəbul edilib-edilməməsi, seçkiqabağı imzatoplama prosesi kimi məsələlərə nəzarət edəcəyik. Seçki dairələrinə insanların gəlişi, səsvermədə iştirak edənlərin siyahısının düzgün tutulub-tutulmaması məsələləri diqqətimizdə olacaq. Seçkilərdə olan yanlışlıqlara koalisiya tərəfindən xüsusi nəzarət olunacaq. Axırda da seçki mühitininin demokratok, yoxsa antidemokratik olduğu ilə bağlı hesabat yayacağıq. Bir sözlə, seçki marafanonun analizini həytat keçirəcəyik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış