Modern.az

İrəvan polisi qondarma “Artsax”ın sonuncu başçısını SAXLADI

İrəvan polisi qondarma “Artsax”ın sonuncu başçısını SAXLADI

Aktual

29 Dekabr 2023, 10:28

Ermənistanın Patrul xidməti Qarabağdan qovulmuş qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın avtomobilini İrəvanda saxlayıb. Şahramanyana qanunla kortejdə getmək hüququ olmadığı barədə xəbərdarlıq edilib.


Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifyönlü deputatı Tiqran Abramyan məlumat yayıb.

Abramyan bildirib ki, polislər Samvel Şahramanyanın avtomobilini öz təşəbbüsləri ilə saxlamazdılar və yəqin ki, onlara yuxarıdan belə göstəriş verilib.

“Hökumət “Artsax”la bağlı hər şeyi məhv edir”, - Tiqran Abramyan həyəcanla car çəkib.

Onun sözlərinə görə, Samvel Şahramanyanın saxlanılması və ona kortejlə getməyin yasaq edilməsi o deməkdir ki, “Artsax artıq yoxdur”.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...