Modern.az

Şuşa yolunda yük maşını aşdı - Ölən var

Şuşa yolunda yük maşını aşdı - Ölən var

Aktual

29 Dekabr 2023, 16:20

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib. 

 

Modern.az xəbər verir ki, bununla bağlı AzTV məlumat yayıb. 

 

Belə ki, yolun 64-cü kilometrliyində 99-XU-742 dövlət nömrəli yük maşınının sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi uçuruma yuvarlanıb. 

 

Qəza nəticəsində sürücü həlak olub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək