Modern.az

Eyni gündə iki qəza - Yaralılar var

Eyni gündə iki qəza - Yaralılar var

Aktual

29 Dekabr 2023, 19:37

Biləsuvar rayon ərazisində iki yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, yol-nəqliyyat hadisələrdən biri rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Sürücü 1967-ci il təvəllüdlü Asif Qasımov müxtəlif bədən xəsarətləri alıb.

 

Digər qəza isə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Motosiklet "Niva" markalı minik avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü, 1993-cü il təvəllüdlü Orxan Abışov xəsarət alıb. Hər iki hadisədə xəsarət alan yaralılar rayon xəstəxanasına çatdırılıb.

 

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək