Modern.az

Kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxs saxlanıldı

Kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxs saxlanıldı

Aktual

30 Dekabr 2023, 09:28

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Xaçmazda kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxsi saxlayıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, keçirilən tədbirlər zamanı 1 nəfər rayon sakininin qayda pozuntusuna yol verdiyi və rayon ərazisində qanunsuz olaraq kustar üsulla hazırlanmış pirotexniki vasitələr satdığı müəyyən edilib. Həmin şəxsin satdığı pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış