Modern.az

Fransada azərbaycanlı tələbə qəzada öldü

Fransada azərbaycanlı tələbə qəzada öldü

Aktual

30 Dekabr 2023, 11:22

Fransada azərbaycanlı tələbə vəfat edib.

 

Modern.az xəbər verir ki, Dilavər Axundova Fransada yol qəzasında dünyasını dəyişib.

 

Bildirilir ki, D.Axundova bu ölkədəki universitetlərin birində ikinci kurs tələbəsi imiş. Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi prosesi aparılır.

 

Məlumata görə, D.Axundova AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundovanın qızıdır. Hadisə vaxtı N.Axundova Polşada ezamiyyətdə olub.(İqtisadiyyat.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış